Bu il Azərbaycanda 524 nəfər İİV-ə yoluxub

21
okt
2019
18:36
Səhiyyə Nazirliyi QİÇS-lə Mübarizə Mərkəzinin məlumatına əsasən Azərbaycan vətəndaşları arasında 2019-cu ilin 9 ayı ərzində İİV-ə yoluxma hallarının 9,9%-i, ümumiliklə isə 1987-ci ildən 2019-cu ilin oktyabr ayının 1-dək yoluxma hallarının 41,1%-i inyeksion narkotik istifadəsi nəticəsində baş verib.BAKU.WS-in məlumatına görə, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupundan bildirilib. Məlumata əsasən, ümumilikdə 1988-ci ildən İİV-infeksiyası aşkar olunmuş 7932 nəfərdən, 3258 xəstə, inyeksion narkotik istifadəçiləri olub ki, onların da 2564 nəfəri (79,3%) dispanser qeydiyyatına götürülüb.Eyni zamanda, ölkədə İİV-ə narkomanların yeni yoluxma hadisələrinin sayında azalma müşahidə olunur. 2019-cu ilin 9 ayında İİV-ə yoluxmuş 524 nəfər Azərbaycan vətəndaşının 34 (9,9%) nəfəri inyeksion narkotik istifadəcisi olub.
Oxşar xəbərlər
“Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəyə dair Dövlət Proqramı” qəbul edilib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa...