Bu il Azərbaycanda 547 nəfər IIV-ə yoluxub

01
dek
2018
16:26
Bu ilin 11 ayı ərzində Azərbaycanda 547 nəfərdə İİV infeksiyası aşkar edilib ki, onlardan 529-u (96,7%) Azərbaycan vətəndaşı, 18-i (3,3%) isə əcnəbilərdir.BAKU.WS-in məlumatına görə, bunu Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktor əvəzi Eldəniz Muradov bu gün keçirdikləri tədbirdə çıxışı zamanı deyib.E.Muradovun sözlərinə görə, ümumilikdə Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV infeksiyası təsdiq olunmuş 6111 nəfər qeydiyyata götürülüb ki, onların da 4320-i (70,7%) kişi, 1791-i (29,3%) qadındır.Mərkəz rəsmisi əlavə edib ki, bu il QİÇS mərhələsinə keçənlərin və QİÇS mərhələsində aşkarlananların ümumi sayı 149 nəfər olub. Ümumilikdə QİÇS mərhələsində olanlar 1601 nəfər təşkil edir. İİV infeksiyasından dünyasını dəyişən vətəndaşların sayı 950 nəfərdir (1987-ci ildə Azərbaycanda ilk dəfə İİV aşkar olunandan bu günə qədər).2018-ci ilin 11 ayı ərzində İİV-ə yoluxması təsdiq olunmuş şəxslərin 43,8%-ində İİV-ə yoluxma inyeksion narkotik istifadəsi, 44,2%-ində heteroseksual, 2,6 %-ində homoseksual kontakt, 1,8%-ində anadan uşağa ötürülmə yolu, 0,02 %-ində donor qanının köçürülməsi nəticəsində baş verib. Xəstələrin 7,6 %-ində yoluxma yolu müəyyən edilməkdədir.E.Muradov qeyd edib ki, 2015-ci ilin iyunun 1-dən etibarən Ailə Məcəlləsinə dəyişikliklə əlaqədar nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsi çərçivəsində 2018-ci ilin ilk 10 ayı ərzində 115348 şəxs İİV-ə görə müayinəyə cəlb olunub. Onların 128-də İİV-ə yoluxma faktı təsdiqlənib.BAKU.WS
Oxşar xəbərlər
Aşura günü qan verənlərdə QİÇS və sifilis aşkarlandı
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə «Aşura günü" qana ehtiyacı olan xəstələrə yardım məqsədi ilə k...
