13,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT


"Bakı Metropoliteni" QSC-nin bütün stansiyalarında "donuz qripi” (H1N1) əleyhinə dezinfeksiya işləri aparılacaq.

Bunu BAKU.WS-ə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev deyib. Onun sözlərinə görə, artıq bununla bağlı Səhiyyə Nazirliyinin Sanitar-epidemioloji xidməti tərəfindən "Bakı Metropoliteni" QSC-nə müraciət olunub. N. Paşayev qeyd edib ki, müraciət müsbət cavablanıdırılıb və yaxın zamanlarda metrodan istifadə edən sərnişinlərin sağlamlığı üçün bütün stansiyalarda dezinfeksiya işləri aparılacaq.

Qeyd edək ki, bir müddətdir ki, bir sıra qonşu ölkələrdə "donuz qripi” kimi tanınan -H1N1 virusuna yoluxma halları müşahidə olunur.

Ziya Babayev

BAKU.WS