SİZİN REKLAM BURADA!
055 213 76 73


Dünya şöhrətli azərbaycanlı alim Adil Allahverdiyevin adı bir çox xəstəliklərin müalicəsində və vaksinlərin kəşfində çəkilir. Hazırda Türkiyədə yaşayan professor indi də xərçəngə qarşı yeni metod üzərində işləyir.

BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, Adil Əliyev ömrünün böyük bir hissəsini tibb elminə və yeni kəşflərə həsr edib. O, həyat yoldaşı Məlahət Bağırova ilə birlikdə qurduğu hüceyrə kulturası və toxuma mühəndisliyi laboratoriyasında bir çox elmi kəşflərə imza atıb.

Bunlardan Dünya Səhiyyə Təşkilatının tropikal xəstəliklər üzrə tədqiqatlar bölməsində 6 ciddi xəstəlik olan "Leyşmaniya" qamçılı parazit xəstəliyinin diaqnostikası sahəsindəki kəşfi hazırda dünya tibbində tətbiq olunmaqdadır.

El arasında "Qara azar" kimi tanınan "Leyşmaniya" xəstəliyinin diaqnostikası ilə yanaşı, müalicəsində istifadə olunan vaksinin də kəşfi Adil Allahverdiyevin adı ilə bağlıdır. Həm heyvanlar, həm də insanlar üzərində sınaqdan keçirilən vaksinlər Türkiyənin Səhiyyə Nazirliyi tərəfindən təsdiqlənərək istehsal edilir. Adil Allahverdiyev hazırda rəhbərlik etdiyi heyətlə bərabər dünyanı ağuşuna alan xərçəng xəstəliyinin müalicə yollarının tapılması istiqamətində ciddi araşdırmalar aparır.

Azərbaycanlı alim xərçəng xəstəliyinin müalicəsi üçün vaksinlərin hazırlanmasında yeni metodlar işləyib hazırladıqlarını və artıq xərçəngli toxumalarda uğurlu nəticələr əldə olunduğunu deyir.

Azərbaycanlı alimin yazdığı kitablar Türkiyə universitetlərində dərslik kimi istifadə olunur. O, tədqiqatlarını davam etdirəciyini və bu sahədə bir ilkə imza atacağını deyir.
BAKU.WS
VİDEO