Alman Rentgen Konqresi keçirilib - FOTO

03
iyn
2019
20:19
29 may - 1 iyun tarixlərində Almaniyanın Leipzig şəhərində Avropanın ən böyük Radioloji kongreslərindən biri olan 100-cü Alman Rentgen Konqresi keçirilib. 4 gün davam edən elmi konqresdə ölkəmizi Köln Universitet klinikasında çalışan, tibb elmləri doktoru və eyni zamanda Alman-Azərbaycan Radioloji və Neyroradioloji cəmiyyətinin sədri Nuran Abdullayev təmsil edib. Həmyerlimiz yeni nəsil spektral kompyuter tomoqrafiya ilə apardığı elmi araşdırmanın bir hissəsini - intraspinal limfomların virtual monoenergetik rekonstruksiya ilə diaqnostikası - konqres iştirakçılarına təqdim edib. Bununla yanaşı, N.Abdullayev birgə çalışdığı elmi işçi qrupu ilə bu il radiologiya sahəsində etdikləri elmi yenilikləri məruzələrlə Almaniyanın və eləcə də Avropanın elm mütəxəssislərinə təqdim ediblər. Elmi araşdırmalara qiymət verənlər arasında Almaniyanın dünya şöhrətli fiziki, spiral kompyuter tomoqrafiyanı kəşf edən Prof. Willi A. Kalendar da olubdur. Konqres öz işini iyun ayının 1-i bitirib.\Həmyerlimiz, Alman-Azərbaycan Radioloji və Neyroradioloji cəmiyyətinin sədri, tibb elmləri doktoru N.Abdullayevin və çalışdığı elmi işçi qrupunun birlikdə apardıqları elmi araşdırmaları yaxın gələcəkdə Azərbaycanda da təqdim etmələri gözlənilir.
Qalereya
Oxşar xəbərlər
Bu tibb müəssisələri də TƏBİB-in tabeliyinə verilməyəcək (SİYAHI)
Prezident İlham Əliyev “Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublik...
