Xərçəngin müalicəsində İNQİLAB

Xərçəngin müalicəsində İNQİLAB
Şou-biznes 1731
Rusiya Elmlər Akademiyasının Uzaq Şərq bölməsinin “Arktika” Elmi Mərkəzinin ekspertləri əmindirlər ki, baş beyinin ritmik fəaliyyətinin innovativ qeydiyyat cihazı Rusiyada onkoloji xəstəliklərdən ölüm hallarını azaltmağa imkan verəcək.AZƏRTAC “vistanews” saytına istinadla xəbər verir ki, unikal qeydiyyat cihazı iki ədəd hazırlanıb. Onların birindən Vladivostok alimləri, digərindən isə Maqadan mütəxəssisləri istifadə edirlər. Baş beyinin ritmik fəaliyyətini müşahidə edən həkimlər insan bədənindəki hər hansı orqanın xərçəngə tutulmasını 90 faiz dəqiqliklə diaqnozlaşdıra bilirlər. Mərkəzin alimləri bildiriblər ki, gələcəkdə bu cihaz onkoloqlarla yanaşı, ginekoloq, endokrinoloq, kardioloq, oftalmoloq və qastroenteroloqların da işini asanlaşdıracaq.Alimlərin fikrincə, tibb elmində xərçəngin diaqnostikası sahəsində bu cihaz qədər dəqiq vasitə olmayıb. Bu səbəbdən beynəlxalq ekspertlər, xüsusilə çinlilər Maqadan mütəxəssislərinin ixtirası ilə maraqlanırlar.BAKU.WS

Oxşar xəbərlər

Xərçəngə SON QOYACAQ üç qida - Rusiya alimləri inanılmazı etdilər

Xərçəngə SON QOYACAQ üç qida - Rusiya alimləri inanılmazı etdilər

Rusiya alimləri xərçəng şişlərinin profilaktikası üçün qidalanma məhsulları hazırlayıblar.BAKU.WS xəbər verir ki, bu haqda Sankt-Peterburq İnformasiya Texnologi...

3939 Şou-biznes 09:14 10 iyul 2018

Son xəbərlər