Yeni insan orqanı kəşf edildi - ELM DÜNYASI ŞOKDA
28
mar
2018
19:12
Nyu-York universitetinin alimləri elm dünyasını şoka salan açıqlama verib.BAKU.WS ölkə.az-a istinadən xəbər verir ki, açıqlamaya əsasən, insanın bütün vücudunu əhatə edən yeni bir orqan kəşf edilib. "İnterstitium" adlı yeni orqan toxumaların zədələnməsinin qarşısını alır və orqanizmin ən böyük orqanıdır."İnterstitium" adlı orqan vücud içərisindəki maye ilə dolu bölmələrdədir və toxumaları zərbələrdən qoruyur. Zərbələri əmən bir xüsusiyyətə malik olan orqan insan orqanizmi haqqındakı məlumatları yeniləyəcək:"Bu orqan hərəkətli maye üçün bir yol kimidir. Dərinin üst təbəqəsindədir. Damarlar, əzələlər, ciyərlər və digər bütün iç orqanların arasında yerləşir".Alimlər qeyd ediblər ki, kəşf edilən yeni orqan üzərində tədqiqatlar davam edəcək:"Xərçəngin bəzi orqanlarda necə yayıldığını və xərçəngin inkişafının qarşısını almaq üçün bu mövzuda araşdırmalar aparılacaq".Alimlər orqanların arasındakı mayelərin daşınmasının bir orqan tərəfindən həyata keçirildiyini ilk dəfə kəşf etdiklərini bildiriblər.BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda orqanlarını bağışlamaq istəyənlər hara müraciət etsinlər? (SİYAHI)
Bütün dünyada olduğu kimi, Azərbaycanda da orqan çatızmazlığından əziyyət çəkənlərin və bu səbəbdən ölənlərin sayı artmaqdadır. Qanunun tələbinə əsasən, ölkəmiz...