SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bu gün Azərbaycanda 1990-cı il yanvarın 20-də baş vermiş faciənin 26-cı ildönümü qeyd olunur. 

Soyuq hava şəraitinə baxmayaraq, hər il olduğu kimi, bu ildə insanlar, əmək kollektivlərinin üzvləri dəstə-dəstə Şəhidlər Xiyabanına axın edir, şəhidlərin müqəddəs xatirəsini anır, onların məzarı üstünə tər çiçək dəstələri qoyurlar.
 
Bu gün Bakı vaxtı ilə saat 12.00-da ölkə ərazisində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, gəmilər, avtomobillər və qatarlar hərəkəti dayandıraraq səs siqnalları veriblər.

Xatırladaq ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu Bakı şəhərinə daxil olaraq, dinc əhalini vəhşicəsinə gülləbaran edib. Hadisə nəticəsində 137 nəfər şəhid olub, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz olaraq həbs edilib.
 
Foto: Zeynal Məmmədli
BAKU.WS