VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

Bu gün Fövqəladə Hallar Nazirliyinin Akademiyasında 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş anma mərasimi keçirilib.


Nazirliyin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, əvvəlcə, mərasim iştirakçıları Vətənin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.


Sonra Akademiyanın rəisi general-mayor Pənah Süleymanov mərasimi açaraq bildirib ki, müstəqilliyimiz uğrunda mübarizədə həlak olan Qanlı Yanvar şəhidlərinin xatirəsi hər zaman ürəklərdə yaşayacaq.

O, 20 Yanvar hadisələri barədə ətraflı məlumat verib. Həmin ağır günlərdə ulu öndər Heydər Əliyevin respublikamızın Moskvadakı Daimi nümayəndəliyinə gələrək öz xalqı ilə həmrəyliyini nümayiş etdirdiyini, məhz onun yenidən siyasi hakimiyyətə qayıdışından sonra 1990-cı ilin 20 Yanvar hadisələrinə hüquqi-siyasi qiymət verildiyini vurğulayıb.


Toplantıda çıxış edən Akademiyanın elmi-tədqiqat şöbəsinin elmi işçisi Röfət Quliyev 20 Yanvar hadisələrinin tariximizdəki yerindən danışaraq baş vermiş faciəni sovet rejimi tərəfindən xalqımıza qarşı həyata keçirilmiş cinayət faktı olduğunu qeyd edib.


Sonda Qanlı Yanvar faciəsindən bəhs edən sənədli film nümayiş olunub.

Ziya Babayev
BAKU.WS