"Günəşli"də həlak olanlar üçün anım aksiyası keçirilib
13
yan
2016
15:23
Bu gün Bakıda Dənizkənarı Milli Parkda ötən ilin dekabr ayının 4-də "Günəşli” yatağındakı 10 saylı özüldə baş vermiş yanğın zamanı həlak olanların 40 mərasimi ilə bağlı anım aksiyası keçirilib.
BAKU.WS məlumat verir ki, aksiyada gənclər, həlak olanların yaxınları və müxtəlif təşkilatların nümayəndələri iştirak edib. Aksiya iştirakçıları sahilə qərənfillər düzüb, həlak olan, itkin düşən neftçilərin xatirələrini bir dəqiqəlik sükutla yad ediblər. Dənizə qərənfillər atılıb.
Qeyd edək ki, anım aksiyası gün ərzində davam edəcək.
BAKU.WS
Oxşar xəbərlər
Rövnəq Abdullayev həlak olan və itkin düşmüş neftçilərin ailələrinə 5 min manat maddi yardım ayırdı
SOCAR da dekabrın 4-də təbii fəlakət zamanı həlak olmuş və itkin düşmüş neftçilərin ailələrinə birdəfəlik maddi yardım ayırdı. BAKU.WS-in SOCAR-a istinadən...