"Günəşli" platformasındakı neftçilərin kredit borcları silindi
09
dek
2015
13:06
Bank of Baku itkin düşən və həlak olan neftçilərin kreditləri ilə bağlı qərar qəbul edib. Bankdan BAKU.WS-ə verilən məlumata görə, 04 dekabr 2015-ci il tarixində "Günəşli” neft yatağının 10 saylı dərin dəniz özülündə baş vermiş yanğın nəticəsində yaşanmış faciə bütün ölkəni olduğu kimi, Bank of Baku ailəsini də sarsıtdı. Yanğında həyatını itirən və itkin düşən neftçilər arasında, sayı 11 olmaqla, Bankın daimi müştəriləri də var. Bank of Baku, faciə nəticəsində həyatını itirmiş və itkin düşmüş neftçilərin ailələrinə dəstək məqsədi ilə, həmin neftçilərin bankda mövcud olan bütün kredit borclarının bağışlanması qərarını qəbul edib. Bank of Baku, neftçilərin vəfatından kədərləndiyini bildirir, onların ailə və doğmalarına dərin hüznlə başsağlığı verir. Ziya Səccad BAKU.WS
Oxşar xəbərlər
Neftçilərin "Günəşli" yatağındakı son fotosu
Dekabrın 4-də "Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş verən dəhşətli yanğın zamanı xilas olunan neftçi Bəhruz Babayev həmin anları çəkə bilib. BAK...