SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Təhsil Nazirliyi diaqnostik qiymətləndirmə ilə bağlı sualları cavablandıracaq.

BAKU.WS nazirliyin saytına istinadən məlumat verir ki, 2016-cı il 14-29 yanvar  tarixlərində (iş günləri nəzərə alınmaqla) Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Facebook” səhifəsində müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi ilə bağlı suallara cavab veriləcək. Suallar şərhlər vasitəsilə cavablandırılacaq. İstifadəçilərdən təkrarlanan suallarla müraciət etməməsi xahiş olunur.
 
Məlumatda qeyd olunur ki, Facebook istifadəçiləri şərh yazarkən müvafiq qanunvericiliyin tələblərinə əməl etməlidirlər. Əks halda, belə şərhlər səhifədən silinəcək. Müraciətlər qeyd edilən məsələ ilə bağlı olmalıdır. Böyük hərflərlə yazılan şərhlər sistem tərəfindən avtomatik olaraq gizlədilir. Belə şərhlər cavablandırılmayacaq.
 
BAKU.WS