Təhsil Nazirliyi Facebook-da sualları cavablandıracaq
Təhsil Nazirliyi diaqnostik qiymətləndirmə ilə bağlı sualları cavablandıracaq.
BAKU.WS nazirliyin saytına istinadən məlumat verir ki, 2016-cı il 14-29 yanvar tarixlərində (iş günləri nəzərə alınmaqla) Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Facebook” səhifəsində müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi ilə bağlı suallara cavab veriləcək. Suallar şərhlər vasitəsilə cavablandırılacaq. İstifadəçilərdən təkrarlanan suallarla müraciət etməməsi xahiş olunur.
Məlumatda qeyd olunur ki, Facebook istifadəçiləri şərh yazarkən müvafiq qanunvericiliyin tələblərinə əməl etməlidirlər. Əks halda, belə şərhlər səhifədən silinəcək. Müraciətlər qeyd edilən məsələ ilə bağlı olmalıdır. Böyük hərflərlə yazılan şərhlər sistem tərəfindən avtomatik olaraq gizlədilir. Belə şərhlər cavablandırılmayacaq.
BAKU.WS
Oxşar xəbərlər
Maaşları artacaq müəllimlər imtahan verdi
24-26 dekabr tarixlərində Gəncə şəhərinin ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçirilib. Tə...