Tarif Şurası "Bakı Metropoliteni" QSC də daxil olmaqla, ictimai nəqliyyatda gediş haqlarının artırılacağı ilə bağlı yayılan məlumatlara münasibət bildirib.


BAKU.WS
-in məölumatına görə, İqtisadiyyat və Sənaye Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Abbas Əliyev APA-ya açıqlamasında yayılan məlumatların həqiqəti əks etdirmədiyini deyib.

"Tarif Şurasına metro və ictimai nəqliyyatda gediş haqlarının artırılması ilə bağlı müraciət daxil olmayıb. Hazırda gediş haqqının dəyişdirilməsi məsələsi Tarif Şurasında müzakirə olunmur”, - deyə Abbas Əliyev vurğulayıb.

 

BAKU.WS