Şoyqu: Moskva və Bakı ikitərəfli münasibətlərdəki böhranı aradan qaldırıb
Yeniliklərdən dərhal xəbərdar olun
Moskva və Bakı münasibətlərdəki böhranı aradan qaldırıb, növbəti addım ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsi olmalıdır.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Təhlükəsizlik Şurasının nümayəndələrinin müşavirəsində bildirib.
"Məmnuniyyətlə qeyd edirik ki, Moskva və Bakının birgə səyləri nəticəsində ikitərəfli əlaqələrdəki son böhran dövrü aradan qaldırılıb. İndi əsas məqsəd Rusiya-Azərbaycan əməkdaşlığının liderlərin əldə etdiyi razılaşmalara uyğun olaraq davamlı şəkildə inkişaf etdirilməsidir", - o qeyd edib.
Şoyqunun sözlərinə görə, Rusiya və Azərbaycan münasibətləri ən yüksək səviyyədə imzalanmış Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə də daxil olmaqla ikitərəfli müqavilə-hüquq bazası, eləcə də mehriban qonşuluq və tərəfdaşlıq prinsipləri əsasında inkişaf etməlidir.
Oxşar xəbərlər
Milli Qəhrəmanın oğlu: "Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır"
"Bir şəhid övladı olaraq Zəfər Günü mənim üçün ən gözəl günlərdən biridir. Çünki bu zəfərdə mənim atamın da imzası var". BAKU.WS xəbər verir ki, bu fikirləri Ox...