SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 
Dövlət Sosial Müdafiə Fondunun ötən ili sərbəst vəsait qalığı ilə başa vurması cari ilin yanvar ayı üzrə əmək pensiyalarının vaxtından əvvəl maliyyələşdirilməsinə imkan verib.
 
Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr sektorundan BAKU.WS-ə verilən məlumata görə, Bakı şəhərinin rayonları, Sumqayıt şəhəri və Abşeron rayonu üzrə  pensiyaların maliyyələşdirilməsi üçün tələb olunan vəsaitin mərkəzi xəzinə hesabından yerli orqanların hesablarına köcürülməsi artıq başa çatdırılıb.
 
Yanvar ayının birinci yarısına qədər bu prosses bütün ölkə üzrə tam yekunlaşacaq və pensiyaların qrafikdə nəzərdə tutulduğu müddətdən əvvəl vətəndaşların şəxsi hesablarına köçürülməsi təmin olunacaq.

İlkin məlumata əsasən, hazırda ölkəmizdə əmək pensiyası alan şəxslərin sayı 1 milyon 295 min 900 nəfərdir. Onların 60,1  faizini yaşa görə, 28,9  faizini əlilliyə görə, 11,0 faizini isə ailə başcısını itirməyə görə əmək pensiyası alanlar təşkil edir.
 
Şahin Həbibov
BAKU.WS