6 saylı xəstəxanada insan "seli" - Xəstələr həkim qəbuluna düşə bilmir - VİDEO - YENİLƏNİB

"Binəqədi Tibb Mərkəzi Binəqədi rayonunda yerləşən ən böyük tibb müəssisəsidir. Binəqədi rayonunda yaşayan rəsmi 350 mindən, qeyri-rəsmi 200 mindən, ümumilikdə 550 mindən çox əhali və ölkəmizin digər rayonlarında yaşayan vətəndaşlarımız keyfiyyətli tibbi xidmət üçün Binəqədi Tibb Mərkəzinə müraciət edir. Gündəlik olaraq ambulator tibbi xidmət üçün tibb mərkəzinə müraciət sayı 1000-dən çox olur".
Bu sözləri BAKU.WS-ə TƏBİB-in İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili şöbəsinin müdiri Zamira Adilova bildirib.
O, əlavə edib ki, vətəndaşların müraciətlərinin çoxluğu bəzən xoşagəlməz halların yaşanmasına səbəb olur: "Bəzi həkim kabinetlərinin qarşısında uzun növbələr yaranır. Hərdən vətəndaşlar onlara təqdim olunan çeklərdəki sıra nömrəsinə riayət etmək istəmir. Bunun nəticəsində bəzi narazılıqlar yaşanır. Bütün vətəndaşlarımızdan növbə sisteminə riayət etmələrini xahiş edirik".
***11:00
Bakıda Binəqədi rayonu ərazisində yerləşən xəstəxanaların birində insan izdihamı yaşanır.
Bu barədə BAKU.WS-in "qaynar xətti"nə məlumat daxil olub.
Rəsulzadə qəsəbəsində yerləşən Ə.D.Məlikov adına 6 saylı birləşmiş şəhər xəstəxanasına üz tutan vətəndaşlar səhər saatlarından böyük növbə ilə üzləşib.
Terapevt qəbuluna düşmək istəyən insanlar böyük növbə ilə üzləşdikləri üçün çıxılmaz vəziyyətdə qalıblar.
Xəstəxanadan çəkilən görüntüləri olduğu kimi təqdim edirik:
Oxşar xəbərlər
Zamirə Ədilovaya yeni vəzifə verildi
“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) yeni strukturuna əsasən, ictimaiyyətlə əlaqələr işinin təkmilləşdirilməsi, kütləvi info...