SİZİN REKLAM BURADA!
055 213 76 73



Baş Dövlət Yol Polisi İdarəsi yol iştirakçılarının nəzərinə çatdırır ki, havanın kəskin dəyişməsini nəzərə alaraq, son dərəcə diqqətli olsunlar.


Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rüfət Quliyev BAKU.WS-ə açıqlamasında bildirib. Qurum rəsmisi vurğulayıb ki, sürücülər avtomobili idarə edən zaman mütləq ara məsafəsi saxlasınlar.


“Əlverişsiz hava şəraitində optimal sürət seçsinlər. İşıqlandırmanı düzgün təyin etsinlər”, - deyə Rüfət Quliyev bildirib.


Hava şəraitindən asılı olaraq, müəyyən yollarda sürət həddi aşağı salına bilər. Bu və digər addımlar yol iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi üçün atılır.


Ziya SƏCCAD
BAKU.WS