Yol polisi yağmurlu hava ilə bağlı sürücülərə müraciət etdi

Yol polisi yağmurlu hava ilə bağlı sürücülərə müraciət etdi
İqtisadiyyat 1428

 

Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) yağmurlu hava şəraiti ilə bağlı sürücülərə xəbərdarlıq edib.

İdarədən BAKU.WS-ə bildirilib ki, belə hava şəraitində sürücülər ara məsafəsinə və sürət həddinə diqqət etməlidirlər. Çünki yay aylarında asfalt üzərinə yığılan toz qatı yağıntı zamanı palçığa çevrilir ki, bu da yollarda sürüşkənliyi artırır. Belə olan halda avtomobilin tormozlanması zamanı adi vaxtlara nisbətdə böyük fərq yaranır. Normal havadakı tormoz məsafəsi ilə yağıntılı havadakı tormoz məsafəsi arasındakı fərq 50 faiz artır. Məsələn, sürücü avtomobili saatda 60 km sürətlə idarə edirsə, adi vaxtda tormoz məsafəsi 30 metrdən çox olur. Yağıntılı havada isə bu məsafə 45 metrdən artıq ola bilər.

Dövlət Yol Polisi İdarəsi avtomobilin texniki cəhətdən saz vəziyyətdə olmasına diqqət yetirilməsini vacib sayır. Qeyd edilir ki, nəqliyyat vasitəsinin təkərləri, şüşəsilənlər, duman faraları, işıq cihazları saz vəziyyətdə olmalıdır. Nasazlıq olan avtomobillə yola çıxmaq təhlükəlidir.

Baş Dövlət Yol Polisi İdarəsi Bakıda və Abşeron yarımadasında, respublikanın digər bölgələrində, xüsusən də dağlıq və dağətəyi ərazilərdə avtomobillə yola çıxan sürücülərdən yollarda son dərəcə diqqətli olmağı xahiş edir. Ara məsafəsi saxlamaq, sürət həddini aşmamaq, ötmə-manevr qaydalarına əməl etmək sizin mənzil başına sağ-salamat çatmağınız üçün olduqca önəmlidir.

Qeyd edək ki, dünəndən Bakıda və Abşeron yarımadasında, eləcə də ölkənin müxtəlif bölgələrində yağıntılı hava müşahidə olunur. 

Nazim Babayev

BAKU.WS

Oxşar xəbərlər

Yol polisi iki gündə 150 sərxoş sürücü saxlayıb

Yol polisi iki gündə 150 sərxoş sürücü saxlayıb

Yol hərəkəti qaydalarının pozulması, nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə edilməsi hallarının qarşısının alınması istiqamətində Daxili İşlər Nazirliy...

1451 Hadisə 14:14 25 avqust 2016

Son xəbərlər