Yol polisindən sürücülərə XƏBƏRDARLIQ – Diqqətli olun!
Baş Dövlət Yol Polisi İdarəsi yol iştirakçılarının nəzərinə çatdırır ki, havanın kəskin dəyişməsini nəzərə alaraq, son dərəcə diqqətli olsunlar.
Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rüfət Quliyev BAKU.WS-ə açıqlamasında bildirib. Qurum rəsmisi vurğulayıb ki, sürücülər avtomobili idarə edən zaman mütləq ara məsafəsi saxlasınlar.
“Əlverişsiz hava şəraitində optimal sürət seçsinlər. İşıqlandırmanı düzgün təyin etsinlər”, - deyə Rüfət Quliyev bildirib.
Hava şəraitindən asılı olaraq, müəyyən yollarda sürət həddi aşağı salına bilər. Bu və digər addımlar yol iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi üçün atılır.
Ziya SƏCCADBAKU.WSOxşar xəbərlər
“Svetofor” işləmədikdə sürücülər nə etməlidir? – Yol polisindən MÜRACİƏT
Bu gecədən yağan intensiv yağış paytaxt küçələrində bir çox problemlərə səbəb olub.BAKU.WS xəbər verir ki, yolları su basıb, bəzi yollar çöküb. Problemlərdən bi...