SİZİN REKLAM BURADA!
055 213 76 73



Bu gün Bakıda başlayan külək getdikcə güclənəcək. Bəs bu güclü küləkdə Xəzər dənizində neft platformalarda neftçilərin təhlükəsizliyi nə səviyyədə təmin olunub və onlar işə çıxacaqlarmı? Bu suallara cavab tapamq üçün "bp-Azərbaycan" şirkəti və SOCAR-la əlaqə saxladıq.

"bp-Azərbaycan" şirkətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Tamam Bayatlı BAKU.WS-ə bildirdi ki, hansı hava şəraitindən asılı olmayaraq iş dayandırılmır. Onun sözlərinə görə, şirkətdə çalışan bütün neftçilərin təhlükəsizliyi yüksək səviyyədə təmin edilib.

"20 ildir işləyirik. Hər gün gündəlik iş təhqiqatı aparılır. Bütün platformalarda işçilərin təhlükəsizliyi yüksək səviyyədə təmin edilib. Hava şəraitinə baxmayaraq, hasilat və ixracat əməliyyatları dayandırılmır. Mütəxəsssilərimiz tərəfindən bütün təhlükəsizlik tədbirləri yüksək səviyyədə təşkil edilib”, - deyə Tamam Bayatlı bildirib.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (SOCAR) də təhlükəsizlik tədbirləri hava şəraitinə uyğun hesablanır. Bu barədə qurumun mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev BAKU.WS-ə açıqlamasında bildirib. Onun sözlərinə görə, işçilərin platformalara çıxıb-çıxmaması mütəxəssislərin qəbul edəcəyi qərardan sonra məlum olacaq.


"Küləyin sürətinin artmasını nəzərə alaraq. SOCAR bütün lazımı tədbirləri görüb. İşçilərin platformalarda saxlanıb. Saxlanılmamasını bizim mütəxəssislər müəyyənləşdirir. Küləyin gücündən asılı olaraq, təhlükəsizlik tədbirləri görülür”, - deyə Nizaməddin Quliyev bildirib.

Qeyd edək ki, dekabrın 4-də baş verən güclü tufan saat 17:40 radələrində Xəzərdə "Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə qaz xəttini sıradan çıxarıb, nəticədə yanğın baş verib. Hadisə ilə bağlı FHN-in xilasetmə dəstələri tərəfindən Xəzər Dəniz Gəmiçiliyinin "Vixr-9” və "Topaz” yanğınsöndürən gəmiləri, habelə "Avyor” dalğıc və "Samir Quliyev” yedək gəmiləri vasitəsi ilə təxliyyə işləri həyata keçirilir.

Qəza nəticəsində dənizdə itkin düşənlərdən 7 nəfərin cəsədini aşkar edib. Ümumilikdə hadisə yerində 63 işçi olub. Onlardan 33 nəfər xilas olunub. 23 nəfər isə itkin düşüb. İtkin düşənlərin axtarışalrı davam edir.

Ziya Səccad

BAKU.WS