"503" saylı avtobusun sürücüləri sərnişinlərdən artıq gediş haqqı tələb edir

503 saylı avtobusun sürücüləri sərnişinlərdən artıq gediş haqqı tələb edir
Sosial 181

Bakı-Sumqayıt şəhərləri arasında sərnişindaşıma həyata keçirən "503" saylı avtobusda özbaşnalıq edildiyi iddia olunur.

BAKU.WS-in "Qaynar xətti"nə daxil olan məluamata əsasən, sözügedən ərazi üzrə hərəkət edən marşrutun sürücüləri sərnişinlərdən artıq gediş haqqı alır.

Sərnişinlər Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) müraciət edərək gediş haqqınının 70 qəpik olduğunu öyrəniblər.

"503" saylı avtobusun sürcüləri isə aylardır sərnişinlərdən 80 qəpik tələb edir.

Şikayətçi bildirib ki, bu problemi dəfələrlə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə bildirib.

Ona sürücülərə bu barədə xəbərdarlıq olunacağı deyilsə də, hələ ki, bir tədbir görülməyib.

Şikayətlə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucovla əlaqə saxladıq.

O, BAKU.WS-ə açıqlamasında məsələnin araşdırılacağanı bildirib.

Oxşar xəbərlər

Son xəbərlər