500-dən çox spirtli içki satışının qarşısı alınıb

18
apr
2025
17:22
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Şirvanda topdansatış mağazasında yoxlama keçirib.
Bu barədə BAKU.WS-ə AQTA-dan məlumat verilib.
Bildirilib ki, baxış zamanı iaşə obyektində 168 ədəd 1 litrlik, 163 ədəd 0.7 litrlik, 224 ədəd 0.5 litrlik "Belaruska" əmtəə nişanlı saxta spirtli içki aşkarlanıb. Məhsullardan nümunələr götürülərək laborator müayinələrə cəlb olunub.
Faktla bağlı fiziki şəxs barəsində inzibati protokol tərtib edilib və uyğunsuzluq aşkarlanmış məhsulların satışının qarşısı alınıb.
Araşdırmalar davam etdirilir.

Oxşar xəbərlər
Şərurlu İsfəndiyardan NÖVBƏTİ ŞİKAYƏT: "85 min dollarımı qaytarmır, deyir, ucuz satmışıq"
"Şərur" MTK-nın sahibi İsfəndiyar Axundovla (Şərurlu İsfəndiyar) bağlı redaksiyamıza növbəti şikayət daxil olub. BAKU.WS xəbər verir ki, Oxu.Az-a danışan şikayə...