SİZİN REKLAM BURADA!
055 213 76 73



Daxili İşlər Naziri Ramil Usubov ötən gün Nardaranda baş verən hadisələrə münasibət bildirib.


BAKU.WS
-in azvision.az saytına istinadən xəbər verir ki, nazir hadisənin təfərrüatı ilə bağlı rəsmi qurumların məlumat yaydığını diqqətə çatdırıb.

"Rəsmi qurumlar tərəfinən cəmiyyətə məlumat verilib. Hadisənin təfərrüatlarını ictimaiyyətə açıqlayıb. Hər hansı bir məlumat olsa, ictiamiyyətin diqqətinə çatdırılacaq”-deyə Ramil Usubov vurğulayıb.

Qeyd edək ki, ötən gün Nardaranda baş verən silahlı insident zamanı həlak olan polis əməkdaşları Nəsibov Vüqar Eyyub oğlu və Tağıyev İsmayıl Rəsul oğlunun II Fəxri Xiyabanda dəfn mərasimi keçirilir. Dəfn mərasimində Azərbaycan Respublikasının Baş Prokuroru Zakir Qaralov, Milli Təhlükəsizlik nazirinin birinci müavini Mədət Quliyev, Daxili İşlər Naziri Ramil Usubov, Baş Prokurorun müavini Rüstəm Usubov, daxili işlər nazirinin müavini Vilayət Eyvazov, Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, general-mayor Ramiz Zeynalov, Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin rəisi, general-mayor Yaşar Əliyev və yüksək rütbəli polis zabitləri iştirak edirlər.

BAKU.WS