SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakı şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədilə iyunun 6-da səhər saat 10:00-dan axşam saatlarınadək Nərimanov rayonu, Mübariz Nağıyev küçəsində və Ziya Bünyadov prospekti, Dərnəgül, Baksol yolunda üfüqi nişanlanma xətlərinin rənglənməsi və yenilərinin çəkilişi işləri aparılacaq.

Bu barədə BAKU.WS-ə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətindən açıqlama verilib.

Həmin məqsədlə sözügedən yollarda avtonəqliyyat vasitələrinin hərəkəti iş aparılan zolaqlar üzrə hissə-hissə məhdudlaşdırılacaq.

Sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

BAKU.WS