VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

"Mən Nardaran əhalisinə də müraciət edərək demək istəyirəm ki, ayıq-sayıq olsunlar, hər hansı xarici dövlətin, xarici qüvvələrin təhriki ilə Azərbaycanda dini dövlətə qarşı qoymaq cəhdlərinə qətiyyətlə yox desinlər”.

BAKU.WS
-in məlumatına görə, bunu APA-ya açıqlamasında dünən Nardaranda baş verən olaya münasibət bildirən Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi, "Məşhədi Dadaş” məscidində imam-camaatı Hacı Şahin Həsənli deyib.

Hacı Şahin deyib ki, din-dövlət münasibətlərinin möhkəm təməllər üzərində qurulması vacibdir, Azərbaycan isə nadir ölkələrdəndir ki, burada tarixən din, məzhəb zəminində qarşıdurma olmayıb, ölkədə ictimai-siyasi sabitlik var: "Belə şəraitdə Azərbaycanda bu sabitliyi pozacaq hər hansı əməldən çəkinmək lazımdır. Kiminsə kimdənsə narazılığı varsa da, məsələlər mütləq qanun çərçivəsində həllini tapmalıdır. Hüquqi dövlətdə yaşayırıqsa, hansısa məsələnin zorakı üsullarla həllinə cəhd göstərmək qətiyyən yolverilməzdir”.

QMİ-nin səlahiyyətlisi bildirib ki, hələ ki, Nardaranda tam olaraq nə baş verdiyini anlamaq olmur: "Əsas məsələ odur ki, Nardaranda baş verən hadisə zamanı hüquq-mühafizə orqanlarının əməkdaşlarına atəş açılıb, günahsız insanlar ölüb. Bunun kim tərəfindən və hansı məqsədlə edilməsindən asılı olmayaraq, hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı silah qaldırılması yolverilməzdir və bununla bağlı birmənalı mövqe ortaya qoyulmalıdır”.

BAKU.WS