VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


“Prosedurlara uyğun olaraq ildə bir dəfə bütün neft emalı zavodlarında sazlama işləri aparılır. Həmçinin Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda da hər il qrafik üzrə bu sazlama işləri həyata keçirilir”.

BAKU.WS-in məlumatına görə, bunu “Report”a oktyabrda Zavodun fəaliyyətinin dayandırılmasından sonra daxili bazarda qiymətlərin artırılacağı ilə bağlı yayılan məlumatlara aydınlıq gətirən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İctimaiyyətlə əlaqələr üzrə rəsmisi İbrahim Əhmədov deyib.

İ.Əhmədovun sözlərinə görə, Bakı Neft Emalı Zavodunun təmirə bağlanması və xaricdən müvəqqəti benzin idxalı daxili bazarda qiymətlərə təsir etməyəcək: “Adətən, biz həmin müddət üçün müəyyən həcmdə benzini tədarük edirik. Hazırda və bundan sonra Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda genişmiqyaslı modernizasiya və yenidənqurma işləri aparılır. Bu işlərin məqsədi “Avro-5” standartına uyğun olan keyfiyyətli yanacağın və yüksək oktanlı benzinlərin istehsal olunmasıdır. Modernizasiya aparıldığı üçün sazlama işlərinin müddəti bir qədər də artır. Buna görə həmin müddətdə tələbatı qarşılamaq üçün xaricdən benzin idxal edirik. Bunu keçmişdə də belə etmişik, bu il də belə olacaq. Yeni bir şey deyil. Keçmişdə də bazardakı qiymətlərdə heç bir dəyişiklik olmayıb, bu il də heç bir dəyişiklik gözlənilmir. Yəni müvəqqəti benzin idxalı bazara heç cür təsir etməyəcək”.

BAKU.WS