SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Azərbaycanda sürücülər arasında yeni dəb yaranıb. 
 
BAKU.WS-in məlumatına görə, paytaxtda bəzi sürücülər artıq avtomobili idarə edərkən ayaqlarından istifadə etmirlər. Sürücülər qaz və ya əyləci sıxmaq əvəzinə ayaqlarını pəncərədən çölə çıxarırlar. Bu vəziyyəti görəndə insanda bir sual yaranır. Görəsən ayağı çöldə olan şəxs avtomobili hansı bədən üzvü ilə idarə edir?
 
Sürcülərlə yanaşı bəzi sərnişinlər də ayaqlarını pəncərədən çıxararaq yeni dəblə ayaqlaşmağa çalışırlar. Görünür havaların isti keçməsi insanların alternativ metodlardan istifadə etməsinə səbəb olub. 
 
Qeyd edək ki, Azərbaycan İnzibati Xətalar Məcəlləsində nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması  ilə müşayət olunan qərəzli hərəkətlərə görə cərimə nəzərdə tutulur.
 
Belə ki, qanun pozuntusu edənlər nəqliyyat vasitələrinin idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək cərimə edilir və ya nəqliyyat vasitələrinin idarə etmə hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 
 
ŞAHİN Həbibov 
BAKU.WS