"Səyyarə müəllimənin heç bir günahı yoxdur. Nuray yazı yazanda başını aşağı əymişdi, müəllimə partaya vuranda onun başına dəydi".

BAKU.WS
-in məlumatına görə, bu sözləri 180-190 saylı orta məktəbin 1-ci sinif şagirdi deyib.

Adı açıqlanmayan uşaq sinif rəhbəri tərəfindən başından xəsarət alan Nurayın sinif yoldaşıdır. O, bu açıqlaması ilə sinif rəhbərini müdafiəsinə qalxıb.



Xatırladaq ki, sinif rəhbəri tərəfindən xəsarət alan Nurayın anası Xanım Əliyeva BAKU.WS-ə verdiyi açıqlamasında məsələ ilə bağlı Təhsil Nazirliyinə dəvət olunduğunu, təhsil naziri Ceyhun Bayramov tərəfindən qəbul edildiyini bildirib. Daha sonra isə nazir 189-190 saylı orta məktəbə gedərək hadisəni yerində araşdırıb. Valideynin iştirakı ilə birlikdə müşahidə kamerasının görüntülərini izlənib. Sinif rəhbəri Səyyarə müəllimənin Nuraya xəsarət yetirdiyi görüntülərlə öz təsdiqini tapıb. Ən maraqlısı isə budur ki, sözügedən hadisə ilə bağlı görüntüləri araşdırarkən Səyyarə müəllimənin digər uşaqları da döydüyü üzə çıxıb. O görüntülərdən sonra müəlliməyə şiddətli töhmətlə verilib, işdən qovulmasına və ümumiyyətlə təhsil sistemindən uzaqlaşdırılmasına qərar verilib".

Zülfiyyə Qurbanova
BAKU.WS