Nazir döyülən uşağa görə məktəbə gəldi və müəlliməni yerində cəzalandırdı (VİDEO)

Nazir döyülən uşağa görə məktəbə gəldi və müəlliməni yerində cəzalandırdı (VİDEO)
Video
Sosial 99260
Yeni Təyin olunmuş təhsil naziri Ceyhun Bayramov 189-190 saylı məktəbin 1-ci sinif şagirdi Nuray Quliyeva sinif rəhbəri tərəfindən döyülməsi məsələsini şəxsən araşdırıb.Uşağın anası Xanım Əliyevanın BAKU.WS-ə verdiyi açıqlamaya görə, o dünən bu məsələ ilə bağlı Təhsil Nazirliyinə dəvət olunub. "Nazir Ceyhun Bayramov məni qəbul etdi. İclasda nazirliyin bir neçə digər əməkdaşı da iştirak edirdi. Mənə bildirdilər ki, qızımla bağlı məsələ Nazirliyin diqqət mərkəzindədir. Bu gün isə məni qızımın təhsil aldığı 189-190 saylı ort məktəbə çağırdılar. Ceyhun müəllim nazirliyin digər əməkdaşı Sərxan müəllimlə hadisəni yerində araşdırmaq üçün məktəbə gəlmişdilər. Bərabər müşahidə kamerasının görüntülərini izlədik. Sinif rəhbəri Səyyarə müəllimənin qızıma xəsarət yetirdiyi görüntülərlə öz təsdiqini tapdı. Ən maraqlısı isə budur ki, mənim qızımla bağlı görüntüləri araşdırarkən Səyyarə müəllimənin digər uşaqları da döydüyü üzə çıxdı. Oktyabr ayında bir şagirdə sillə vurduğunun şahidi olduq. O görüntülərdən sonra elə mənim yanımda müəlliməyə şiddətli töhmətlə işdən qovulmasına və ümumiyyətlə təhsil sistemindən uzaqlaşdırılmasına qərar verildi. Çox şadam ki, qızımın Əlifba bayramında Səyyarə müəllimə məktəbdə olmayacaq. Bir daha Təhsil Nazirliyinin əməkdaşlarına dərin təşəkkürümü bildirirəm”, - deyə Xanım Əliyeva bildirib. Zülfiyyə QurbanovaBAKU.WS

Son xəbərlər