VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Dövlət Radiotezliklər İdarəsi (DRİ) tərəfindən də 2015-ci ilin payız-qış mövsümündə rabitə vasitələrinin dayanıqlı iş rejiminin təmin edilməsi məqsədilə idarə tərəfindən müvafiq zəruri tədbirlər həyata keçirilir.

Belə ki, Bakı şəhərində və respublikanın bölgələrində yerləşən ERNM-nin payız-qış hazırlığının təmin edilməsi məqsədi ilə elektrik naqillərinin, açarlarının, elektrik yuvacıqlarının izolyasiya müqaviməti yoxlanılmış və rabitə avadanlıqlarının qış şəraitində normal işləməsi üçün lazımi materiallarla təchiz edilib.

BAKU.WS-in məlumatına görə, Nəqliyyat vasitələrinin şin, akkumulyatorlarla təmini üzrə müvafiq tədbirlər görülür.

ERNM-də anten-fider təsərrüfatında profilaktika və tənzimləmə işləri aparılıb.

Əməyin mühafizəsi, təhlükəsizlik, yanğına qarşı görüləcək tədbirlər ilə əlaqədar DRİ-nin struktur bölmələrinə və regional məntəqələrinə baxışlar keçirilib, aşkarlanmış çatışmazlıqlar üzrə lazımi təhlükəsizlik mal-materialları alınaraq, məntəqələrə paylanıb.


İdarəyə məxsus obyektlərin mühafizəsi, obyektlərin yanğınsöndürmə, siqnalizasiya və s. təhlükəsizlik vasitələri ilə təchizi təmin edilir və mütəmadi olaraq nəzarətdə saxlanılır. Köhnə və vaxtı keçmiş yanğınsöndürmə balonları yenisi ilə əvəz edilib.

 

BAKU.WS