4 ballıq zəlzələ nəticəsində Göyçayda dağıntı olub? - AÇIQLAMA

Göyçayda baş verən zəlzələ nəticəsində dağıntı barədə FHN-ə məlumat daxil olmayıb.
BAKU.WS xəbər verir ki, bu barədə FHN-dən bildirilib.
"Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 09.08.2025-ci il tarixində yerli vaxtla saat 11:03-də İsmayıllı stansiyasından 35 km cənub-qərbdə Göyçay rayonu ərazisində 4 maqnituda zəlzələ qeydə alınıb.
Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə bu vaxtadək Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb", - deyə məlumatda qeyd olunub.
Oxşar xəbərlər
Parisdə azərbaycanlı ailənin iki uşağı niyə əllərindən alınıb?
Azərbaycanlı ailə iki azyaşlı övladının Fransada əllərindən alındığını deyir. Hadisə 3 gün əvvəl Paris Hava Limanında baş verib. BAKU.WS xəbər verir ki, qafqazi...
