SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakı metrostansiyalarının keçidlərində yenidən satışlar təşkil olunacaq.

 

Bakı Meropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin BAKU.WS-ə verdiyi məlumata görə, bunun üçün keçidlərdə xüsusi yerlər də ayrılıb. Onun sözlərinə görə, bəzi stansiyaların keçidlərində artıq satışlar başlayıb.

"Stansiyalarda gül, kitab, təcili lazım olan dərman preparatlarının satışı təşkil ediləcək. Bundan başqa, salfet, su satan aparatlar da qoyulacaq, - deyə Nəsimi Paşayev bildirib.

Qurum rəsmisi bildirib ki, keçidlərdə yalnız xüsusi icazəsi olan dərmanlar satılacaq. "Hər istəyən metroda aptek aça bilməz. Burada xüsusilə ilkin tibbi yardımda istifadə edilən preparatlar, metroda satışı mümkün olan, yəni saxlanma şəraiti uyğun olan dərmanlar olacaq”.

 

Qeyd edək ki, ötən ilin mart ayından Bakı metrostansiyalarındakı ticarət obyektləri tamamilə yığışdırılıb.

Ziya Səccad
BAKU.WS