13,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT

 
Rusiyanın "Moskva 24" kanalında Ermənistana həsr edilmiş veriliş yayımlanıb.
 
BAKU.WS-in məlumatına görə, "Moskva s aksentom" adlı proqramının aparıcısı Mariya Qladkix erməni gənc Qriqori Poqosyanla birgə İrəvan küçələrində gəzib.
 
Ermənistan mədəniyyətini, tarixini və musiqisini rus tamaşaçılarına çatdırmaq istəyən aparıcı erməni yeməklərinə, musiqi alətləri ilə tanış olub. Ancaq təəssüf ki, veriliş zamanı Azərbaycan milli yeməkləri (dolma, paxlava, lavaş) erməni milli yeməkləri kimi təqdim olunub. 
 
Bununla yanaşı, Azərbaycan musiqi aləti olan balaban ermənilər tərəfindən "duduk" adı ilə təqdim edilib. Ermənilər utanmadan milli mədəniyyətimizi özünküləşdirirlər və bunu fəxrlə insanlara çatdırırlar.
 
BAKU.WS  "Moskva 24" kanalının yayımladığı verilişdən bir hissəni təqdim edir. 
 
Şahin Həbibov
BAKU.WS