SİZİN REKLAM BURADA!
055 213 76 73



"Son illər regionlarda üç ulduzlu otellərin tikintisinə üstünlük verilir. Hazırda Mədəniyyət və Turizm Nazirliyi beynəlxalq tenderin nəticəsi olaraq üç şirkətlə üç yeni turizm zonasının layihələndirilməsi üzərində işləyir"

BAKU.WS-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

Nazir bildirib ki, yeni turizm zonaları Xızı-Nabran, Quba və Qusarda yerləşir. “Turizm zonalarının layihələndirilməsi işləri bu ilin ortasına kimi davam edəcək. Bundan sonra isə onun icrasından danışmaq olar. Həmin turizm zonalarında təşviq olunacaq bütün imtiyazlar 3 və 4 ulduzlu hotellərin, ümumiyyətlə, turizm infrastrukturunun qurulmasına imkan yaratmalıdır”, - deyə nazir qeyd edib.

BAKU.WS