38 dərəcə isti olacaq - HAVA PROQNOZU
Bakıda və Abşeron yarımadasında avqustun 4-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir.
Bu barədə BAKU.WS-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 23-26° isti, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi norma daxilimndə 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 45-50 % olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 22-26° isti, gündüz 33-38° isti, dağlarda gecə 15-20° isti, gündüz 23-28° isti olacaq.
Oxşar xəbərlər
Kənddə böyüyən uşaqlar niyə allergiyadan daha yaxşı qorunur? – Alimlər AÇIQLADI
Uşaqlıq dövründə kənd mühitində, xüsusilə də inəklərlə təmasda olan uşaqlarda allergiya və astma xəstəliklərinin yaranma riski daha aşağı olur. BAKU.WS xəbər ve...