SİZİN REKLAM BURADA!
055 213 76 73


 
"Evdə ekskavatorun səsindən yatmaq olmur. Gecə səhərə kimi səs-küy olur. Daxili İşlər Nazirliyinə və Fövqəladə Hallar Nazirliyinin qaynar xəttinə zəng etmişik. Ancaq təəssüf ki, hələ də məsələ ilə bağlı lazımi ölçü götürülməyib".
 
Bunu BAKU.WS-in əməkdaşı ilə söhbətində Bakının Mirəli Seyidov küçəsində yaşayan sakinlər bildiriblər. Bina sakinləri iki həftədir ki, bu tikinti işlərinə görə əziyyət çəkdiklərini bildirirlər.
 
Sahə müvəkkili şikayətə baxsa da bir nəticə olmayıb. Son çarə olaraq sakinlər Bakı şəhəri İcra Hakimiyyətinə müraciət edəcək. Sakinlərin sözlərinə görə, tikinti vaxtı yaxınlıqdakı evlər titrəyir:
 
"Tikintinin binalarla olan məsafəsi təhlükəsizlik normalarına uyğun deyil. Həyətdəki ağacların əksəriyyəti kəsilib. Nəticədə yaşıllıq olan ərazi və istirahət zonası yararsız vəziyyətə düşüb", - deyə sakinlər şikayətlərində bildiriblər.
 
Şahin Həbibov 
BAKU.WS