"Azərsu" Məmmədli qəsəbəsinin sakinlərinin şikayətinə münasibət bildirdi

Azərsu Məmmədli qəsəbəsinin sakinlərinin şikayətinə münasibət bildirdi
Sosial 927

 

"Azərsu” Abşeron rayonunun Məmmədli qəsəbəsində sakinlərin sularının verilməməsi ilə bağlı şikayətinə münasibət bildirib.

BAKU.WS-ə açıqlamasında qurumun mətbuat katibi Anar Cəbrayıllı bildirib ki, qəsəbənin su təminatındakı problem mənzil tikinti korperativi ilə bağlıdır:

"Mənzillərin su təminatındakı problemə "Azərsu" cavabdeh deyil. Bizim həmin qəsəbədə kifayət qədər su ehtiyatlarımız var. Bununla bağlı sakinlərdən çox şikayət daxil olub. Onların özlərinə də bildirmişik ki, mənzillərə vaxtlı-vaxtında su verilməməsi su təchizatının düzgün quraşdırılmaması ilə bağlıdır. Su boruları dəyişdirilməli, yenisi ilə əvəz olunmalıdır. Buna da tikinti şirkəti baxır. Sakinlər şikayətlərini tikinti şirkətinə bildirsinlər” - deyə Anar Cəbrayıllı bildirib.

Qeyd edək ki, bir neçə gün əvvəl Abşeron rayonunun Məmmədli qəsəbəsində sakinlər aksiya keçirmişdilər. Sakinlər qəsəbənin 10 gündən artıqdır su ilə təmin olunmadığını bildirmişdilər. 

Ayşən Ayxan 

BAKU.WS

Oxşar xəbərlər

Bakıda sudan kütləvi zəhərlənmə ilə bağlı RƏSMİ AÇIQLAMA

Bakıda sudan kütləvi zəhərlənmə ilə bağlı RƏSMİ AÇIQLAMA

"Azərsu” ASC dünən paytaxtın Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində, Zaur Şərifov 24 ünvanında sudan baş verən kütləvi zəhərlənmə ilə bağlı rəsmi münasibət aç...

1076 Sosial 12:18 23 oktyabr 2015

Son xəbərlər