Bakıda gecə səs-küyü: sakinlər şikayət edir (VİDEO)
"Evdə ekskavatorun səsindən yatmaq olmur. Gecə səhərə kimi səs-küy olur. Daxili İşlər Nazirliyinə və Fövqəladə Hallar Nazirliyinin qaynar xəttinə zəng etmişik. Ancaq təəssüf ki, hələ də məsələ ilə bağlı lazımi ölçü götürülməyib".
Bunu BAKU.WS-in əməkdaşı ilə söhbətində Bakının Mirəli Seyidov küçəsində yaşayan sakinlər bildiriblər. Bina sakinləri iki həftədir ki, bu tikinti işlərinə görə əziyyət çəkdiklərini bildirirlər.
Sahə müvəkkili şikayətə baxsa da bir nəticə olmayıb. Son çarə olaraq sakinlər Bakı şəhəri İcra Hakimiyyətinə müraciət edəcək. Sakinlərin sözlərinə görə, tikinti vaxtı yaxınlıqdakı evlər titrəyir:
"Tikintinin binalarla olan məsafəsi təhlükəsizlik normalarına uyğun deyil. Həyətdəki ağacların əksəriyyəti kəsilib. Nəticədə yaşıllıq olan ərazi və istirahət zonası yararsız vəziyyətə düşüb", - deyə sakinlər şikayətlərində bildiriblər.
Şahin Həbibov
BAKU.WS
Oxşar xəbərlər
"Azərsu" Məmmədli qəsəbəsinin sakinlərinin şikayətinə münasibət bildirdi
"Azərsu” Abşeron rayonunun Məmmədli qəsəbəsində sakinlərin sularının verilməməsi ilə bağlı şikayətinə münasibət bildirib. BAKU.WS-ə açıqlamasında qurumun mətbu...