SİZİN REKLAM BURADA!
055 213 76 73


 
"İçərişəhərdə daşlı yolun üzərinə də xüsusi bir örtük salınacaq. Bu örtük qatının üzərindən asfalt salınacaq. Yarışlar bitdikdən sonra həmin asfalt qatı götürüləcək və hər şey əvvəlki vəziyyətinə gətiriləcək".  
 
BAKU.WS-in məlumatına görə, bunu "Baku Grand Prix” şirkətinin milli mətbuat katibi, Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai söyləyib. Onun sözlərinə görə, İçərişəhərdəki həmin daşlı yol heç bir halda zədələnməyəcək. 
 
Nigar Arpadarai həmçinin gələn ilin iyun ayında Azərbacanda keçirilməsi planlaşdırılan "Formula 1” yarışı ilə bağlı görüləcək digər işlərdən də danışıb: "Bizim yarışın tras layihəsi artıq Beynəlxalq Avtomobil Federasiyasına verilib. Yaxın zamanlarda layihənin təsdiq ediləcəyinə ümid edirik. "Formula 1”in rəsmi təqvimi dekabr ayında bəlli olacaq. Təqvimdə Bakının adını görəndən sonra aktiv kommunikasiya işlərinə başlanılacaq. Bilet satışı dekabr ayından etibarən həyata keçiriləcək. Yarışlarla bağlı bir sıra işlər görüləcək. Yeni asfalt qatı salınacaq, xüsusi bariyerlər qurulacaq, tamaşaçılar üçün tribunalar hazırlanacaq. Bütün bu işlər artıq gələn ildən olaraq başlayaraq".
 
"Baku Grand Prix” şirkətinin rəsmisi qeyd edib ki, yarışlar 6 kilometrlik Bakı halqasında keçiriləcək. Yarış zamanı avtomobillər şəhərin 3 simasını görə biləcək: "Avtomobillər Hökumət Evinin qarşısından start verəcək və daha sonra İçərişəhərdə dövr edərək Bulvar tərəfə gələrək finişə doğru hərəkət edəcəklər. "Formula 1” yarışı dünyanın ən çox izlənilən yarışlarından biridir. 187 ölkədə bu yarışlar yayımlanır və 500 milyondan çox insan televiziya vasitəsi ilə yarışları izləyir", - deyə N.Arpadarai bildirib.
 
Şahin Həbibov
Ayşən Ayxan 
BAKU.WS