Nazirlər Kabineti “İpoteka kreditləşməsi məqsədi ilə yaşayış sahəsinin 1 kvadratmetri üçün orta bazar qiymətinin müəyyən edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” qərarında dəyişikliklər edib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bununla bağlı qərarı Baş nazirin birinci müavini Yaqub Eyyubov imzalayıb.

Sənəddə deyilir: "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 31 avqust tarixli 323 nömrəli “Azərbaycan Respublikasında ipoteka kreditləşməsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 22 iyun tarixli 940 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 13 iyul tarixli 1530 nömrəli Fərmanının 3.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“İpoteka kreditləşməsi məqsədi ilə yaşayış sahəsinin 1 kvadratmetri üçün orta bazar qiymətinin müəyyən edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 31 avqust tarixli 323 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 8, maddə 1459) aşağıdakı dəyişikliklər edilsin:

1. Adında və ikinci abzasında “İpoteka kreditləşməsi” sözləri “Güzəştli ipoteka kreditləşməsi” sözləri ilə əvəz edilsin.
2. Həmin qərarla təsdiq edilmiş “İpoteka kreditləşməsi məqsədi ilə yaşayış sahəsinin 1 kvadratmetri üçün orta bazar qiymətinin müəyyən edilməsi Qaydası” üzrə:

2.1. adında “İpoteka kreditləşməsi” sözləri “Güzəştli ipoteka kreditləşməsi” sözləri ilə əvəz edilsin;
2.2. 1.1-ci bəndə “ipoteka” (hər iki halda) sözündən əvvəl “güzəştli” sözü əlavə edilsin və həmin bənddən “təmirli” sözü çıxarılsın;
2.3. 1.2-ci bəndə “ipoteka” (hər iki halda) sözündən əvvəl “güzəştli” sözü əlavə edilsin;
2.4. 2.2.1-ci yarımbənd ləğv edilsin.

BAKU.WS