Azərbaycanda milli valyutanın ucuzlaşması idxal olunan alkoqollu içkilər və tütün məmulatlarının qiymətinin daxili bazarda artmasına, idxal aksiz vergisi üzrə isə daxilolmaların azalmasına səbəb olub. Bu səbəbdən 2018-ci ildən etibarən alkoqollu içkilər və tütün məmulatlarının idxalına tətbiq olunan aksiz vergi dərəcəsinin 2 dəfə artırılması nəzərdə tutulub.


BAKU.WS-in "Report"a istinadla məlumatına görə, bu barədə növbəti ilin büdcə layihəsinin Milli Məclisin 5 komitəsinin bu gün keçirilən birgə iclasında müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov məlumat verib.

Bununla bağlı Vergi Məcəlləsinə müvafiq dəyişikliklər hazırlanıb və sənəd dövlət başçısına təqdim olunub.

BAKU.WS