SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakının Nizami rayonu, Mehdi Abbasov küçəsində yağış suları nəticəsində çökən yol bərpa edilib.

BAKU.WS-in hadisə yerində olan əməkdaşının məlumatına görə, artıq həmin yol sürücülərin ixtiyarına verilib.

Qeyd edək ki, oktyabrın 4-də Mehdi Abbasov küçəsində avtomobil yolunda çökmə baş vermişdi. Yolun altından keçən kanalizasiya kollektoru partladığından və çirkab suları yol yatağını yuyub apardığından yolun hərəkət hissəsi 2-3 metr dərinlikdə çöküb.

Tuncay
BAKU.WS