Ali təhsil müəssisələrinin müsabiqəsində iştirak etmək hüququ olan abituriyentlərin ixtisas seçimi davam edir.
 
BAKU.WS-in Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına istinadla verdiyi məlumata görə, 10 avqust tarixinə kimi ali məktəblərin I, II, III və IV ixtisas qrupları üzrə 34 min 749 abituriyent, V ixtisas qrupu üzrə isə 8 min 338 abituriyent qəbul olmaq istədiyi ixtisasları öz elektron ərizəsinə daxil edərək təsdiqləyib.

Komitədən bildirilir ki, ixtisas seçimi avqustun 11-də saat 23:59-da başa çatacaq: "Abituriyentlər müsabiqədə iştirak etmək üçün göstərilən vaxta qədər öz ixtisas seçimi ərizəsini təsdiqləməlidirlər. Əks təqdirdə onlar müsabiqədə iştirak edə bilməyəcəklər". 
 
BAKU.WS