SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Aşura günü ilə bağlı Azərbaycanda qanvermə aksiyası keçirilir.
 
BAKU.WS
-in məəlumatına görə. B. Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva APA-ya açıqlamasında deyib ki, saat 10:00-a qədər Azərbaycan üzrə 1031 nəfər qan verib.
 
Ə. Əlimirzəyeva bildirib ki, səhər saatları olmasına baxmayaraq, qan vermək üçün gələn insanların sayı çoxdur. Qanvermə aksiyasında iştirak etmək istəyən insanlar həkimlər tərəfindən müayinə olunur, qanlarında hemoqlobinin səviyyəsi yoxlanılır: "Yaşı 60-dan yuxarı olan insanlar qanvermə aksiyasına cəlb olunmurlar. İndiyə qədər qan verənlər arasında özünü pis hiss edən olmayıb. İnsanlarda xroniki xəstəliklər, hipertoniya, ürək-damar xəstəlikləri varsa, yaxın vaxtlarda hər hansı əməliyyat keçiriblərsə, həkimlər ilkin mərhələdə bunu sorğu əsasında müəyyənləşdirirlər. Sonrakı mərhələdə isə qan vermək istəyən insanların qanlarındakı hemoqlobinin miqdarı yoxlanılır. Yalnız müayinə zamanı 5 nəfərdə müəyyən xəstəliklər aşkar edilib və onlar donor kimi qanvermə aksiyasına cəlb olunmayıblar. Əgər hər şey qaydasındadırsa, insanlar donor kimi qan verirlər. Sonrakı mərhələdə götürülmüş qanlar Mərkəzi Qan Bankına göndərilir və Mərkəzi Qan Bankında götürülmüş qanlarda infeksiyaların olub-olmadığı yoxlanılır”.   
 
Qeyd edək ki, Aşura günü ilə əlaqədar Səhiyyə Nazirliyi və Qafqaz Müsəlmanları İdarəsi tərəfindən irsi qan xəstəliklərindən əziyyət çəkənlərə yardım məqsədilə könüllü qanvermə aksiyaları başlayıb. Aksiyalar ölkənin 14 məscidində keçirilir.

Ziya Səccad

BAKU.WS