VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Prezident İlham Əliyev Azərbaycanın kino xadimlərinə fəxri adların verilməsi haqqında Sərəncam imzalayıb.

BAKU.WS xəbər verir ki, Sərəncama əsasən, Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə Ayan Mirqasımovaya "Xalq Artisti”, bir qrup kino xadiminə isə "Əməkdar Mədəniyyət İşçisi” fəxri adları verilib.

Dövlətimizin başçısı kino xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında da Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə Rafiq Əliyevə və Rafiq Nəsirova Prezidentin fərdi təqaüdü verilib.
 
BAKU.WS