SİZİN REKLAM BURADA!
055 213 76 73



 

"2015-ci ildən 2025-ci ilə qədər Azərbaycanda elektrik enerjisinə olan tələbat 7000 MVt-dan 10000 MVt-a qədər artacağı proqnozlaşdırılır".


BAKU.WS məlumat verir ki, bunu "Azərişıq” ASC-nin sədri Baba Rzayev deyib. Onun sözlərinə görə, respublikanın paylayıcı elektrik şəbəkələrinin yenidənqurulması vacibliyini ciddi şəkildə dərk edən "Azərişıq” ASC-nin rəhbərliyi 2015-2025-ci illəri əhatə edən fəaliyyət planı hazırlayıb:

 

"Qarşıdakı on il üçün elektrik enerjisinə olan tələbatın proqnozu çıxarılıb və artan dinamika müəyyənləşdirilib. 2015-ci ildən 2025-ci ilə qədər Azərbaycanda elektrik enerjisinə olan tələbat 7000 MVt-dan 100000 MVt-a qədər artacağı proqnozlaşdırılır. Regionların elektrik enerjisinə olan tələbatının ödənilməsi və perspektivdə (2020-ci ilə qədər) yaranacaq elektrik yüklərinin qarşılanması üçün mövcud paylayıcı elektrik şəbəkələrinin təmirini və bərpasını, eləcə də yük mərkəzlərində yeni qida mənbələrinin – 35 və 110 kV-luq yarımstansiyaların tikintisini, yeni elektrik xətlərinin çəkilişi aktuallaşdırılıb”.


Parlament seçkilərinə qurumun hazırlığından danışan sədr bildirib ki, bütün seçki məntəqələri, o cümlədən, namizədlərin seçicilərlə görüşlərinin təşkil edildiyi ərazilər elektrik təhcizatı ilə yüksək səviyyədə təmin olunacaq:


"Noyabr ayının 1-də keçiriləcək Azərbaycan Respublikası parlamentinə seçkilər ilə bağlı bütün seçki məntəqələrində, eləcə də namizədlərin görüşlərinin təşkil olunduğu ərazi, klub və toplantı yerlərini dayanıqlı və etibarlı elektrik enerjisi ilə təchiz edəcək. "Azərişıq” ASC-də bunun üçün hər cür şərait yaradılıb, yarımstansiyalar və transformator məntəqələrində operativ növbətçi heyətlə bərabər inzibatı texniki və rəhbər vəzifəli şəxslərdən ibarət "Məhsul növbətçi”lər də təhkim edilib, maşın-mexanizmlər, əlavə avadanlıq və materiallarla təmin olunub”- deyə Baba Rzayev bildirib.

 

BAKU.WS