SİZİN REKLAM BURADA!
055 213 76 73


 
 


Onlayn mesajlaşma üçün ilk ağıla gələn proqram Whatsapp-dır. Ancaq Facebook Messenger-də ​​Whatsapp-da edə bilmədiyiniz bir çox şeyi edə bilərsiniz.  

Whatsapp-da zəng etmək funksiyası istifadəyə verilib, ancaq görüntülü zəng hələ də təqdim edilməyib. Facebook Messenger-də artıq ​​bu funksiya var. 
 

 

 
Bir çox ölkədə Facebook-dan Visa və Mastercard-la hesablara pul göndərmə xidməti işə düşüb. bu xidmətin yaxın zamanlarda Azərbaycana da gəlməsi gözlənilir.
 

 

Facebook-da hərəkətli şəkillər göndərmək də mümkündür. Söhbət pəncərəsində "daha çox ikonu"nu basın və qarşısınıza maraqlı hərəkətli şəkillər çıxacaq. 
 

 

Deyək aldığınız bir məhsuldan məmnun qaldınız və ya getmək istədiyiniz restoranın ünvanını tapa bilmirsiniz. Facebook Messenger-də ​​markalarla da online olaraq danışa bilərsiniz.


Facebook Messenger bir növ "Siri" xidmətini göstərir. Tam olaraq texniki işlər yekunlaşdıqdan sonra Messenger-dəki yeni xidmət "Siri"dən qat-qat dahayaxşı olacaq. Hələlik yalnız San Fransiskoda kiçik bir bölgədə test edilən yeni funksiya yaxın zamanda 700 milyon istifadəçiyə təqdim ediləcək. 
 

 

ŞAHİN Həbibov 

BAKU.WS