"28 May"ın modern dayanacaqları: Nə oturacağı var, nə daldalanacağı
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı Dəmiryol Vağzalının və metronun "28 May" stansiyasının qarşısındakı ərazidə həyata keçirilən genişmiqyaslı abadlıq və yenidənqurma layihəsi vizual cəhətdən təsirli görünsə də, praktik istifadə baxımından o qədər də əlverişli deyil.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, yenilənmiş ərazidə ən böyük problem avtobus dayanacaqlarının tam funksional olmamasıdır.
Ümumi sahəsi 3.5 hektar təşkil edən bu ərazidə minik avtomobillərinin hərəkəti tamamilə məhdudlaşdırılaraq, müasir şəhərsalma standartlarına uyğun avtobus, piyada və velosiped zolaqları formalaşdırılıb. İki yeni dayanacaq da inşa edilsə də, bu dayanacaqlarda sərnişinlər üçün nə oturacaq yerlər, nə də hava şəraitindən - yağış və küləkdən qorunmaq üçün örtük mövcuddur.
Qalereya
Oxşar xəbərlər
Yanğında ölən Könül Hümbətovanın qızının acı taleyi: "Bir stəkan su içmək belə çətindir"
Bir il əvvəl Bakının Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasında baş verən yanğın zamanı həyatını itirən üç nəfərdən biri Bakı Milli Geyim Evinin rəhbəri K...