SİZİN REKLAM BURADA!
055 213 76 73


 
 
Rusiyanın tanınmış rep ifaçısı Timati RF prezidenti Vladimir Putinlə bağlı klip çəkib.
 
BAKU.WS-in məlumatına görə, Rusiya liderinin ad gününə "Ən yaxşı dost" adlı yeni musiqi kompozisiyasını təqdim edən reper bu addımla böyük səs-küyə səbəb olub. 
 
Artıq Timatinin rəsmi Youtube kanalında videonu 110 mindən çox insan izləyib. Bəzi insanlar videonu yersiz adlandırsa da Timatini bu addımına görə alqışlayanların sayı da az deyil.
 
Qeyd edək ki, Vladimir Vladimiroviç Putin (rus. Владимир Владимирович Путин), 1952-ci ilin bu günündə Leninqradda dünyaya gəlib. O, Rusiyanın dövlət və siyasi xadimi, Rusiya Federasiyasının Prezidenti (2000-2008-ci illərdə və 7 may 2012-ci ildən), Rusiya Federasiyası Hökumətinin sədri (1999-2000; 2008-2012-ci illərdə), Təhlükəsizlik Şurasının sədri (1999-cu ildə), Federal Təhlükəsizlik xidmətinin direktoru (1998-1999-ci illərdə) vəzifələrində çalışıb.

BAKU.WS